Icma.az, Metbuat saytına istinadən bildirir.
İyunun 15-də həyatını itirən Türkiyənin tanınmış aktrisası Ece İrtemin ölümü ətrafında müzakirələr səngimək bilmir.
Metbuat.az xəbər verir ki, "Kızılcık Şerbeti" serialında yaratdığı Işıl obrazı ilə milyonların sevgisini qazanan 35 yaşlı sənətçinin infarktdan öldüyü açıqlanmışdı. Türkiyə mediasının yazdığına görə, səhiyyə qurumları ölüm faktı ilə bağlı yeni versiyaları araşdırmağa başlayıb.
Hazırda cəsəddən götürülən analizlərin cavabı bəlli olmasa da, İrtemin meymun dişləməsi nəticəsində ölə biləcəyi istisna olunmur. Yerli mətbuat aktrisanın ölümündən bir neçə gün əvvəl Taylandda səfərdə olarkən meymunların hücumuna məruz qaldığını yazıb. Yaxın ətrafı Ecenin qollarında meymunun dişlərinin izinin olduğunu təsdiqləyib.
Səhiyyə qurumları həmçinin aktrisanın qidadan zəhərlənmək ehtimalını da araşdırır.