Türkiyəli aktrisa qəzzalılar üçün çörək bişirir FOTOLAR

16.04.2025

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qəzza vətəndaşları üçün yardım kompaniyaları ilə hər kəsin sevimlisinə çevrilən türkiyəli aktrisa Qamze Özçelik, Qəzzada çörək zavodu istifadəyə verib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa hər gün çörək bişirərək savaş bölgəsində yaşayan insanlara paylayır.

Çətin şəraitdə istehsalı davam etdirdiklərini bildirən Özçelik, "Bölgədə açdığımız çörək zavodu vasitəsilə Qəzzadakı qardaşlarımıza hər gün təzə çörək paylayırıq" deyə xəbəri izləyiciləri ilə bölüşüb.

Xatırladaq ki, aktrisa "Umuda Koşanlar" adlı dərnək quraraq dünyanın dörd bir yanında aclıq ilə mübarizə aparan insanlar üçün yardım toplayır.

Aysel


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью