Türkiyəli aktyor işçisini döydü, saxlanıldı FOTO

14.11.2025

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyəli tanınmış aktyor Bahadır Ünlü işçisini oğurluq ittihamı ilə təpik, yumruq və beysbol çubuğu ilə döydüyü iddiası ilə saxlanılıb.

Milli.Az xəbər verir ki, hadisə Tomtom məhəlləsində baş verib və mobil telefonla lentə alınıb.

Görüntülərdə aktyorun işçini havaya qaldırıb yerə yıxdığı, ardınca beysbol çubuğu ilə vurduğu görünür. 

Hadisənin ardından Beyoğlu Asayiş Büro Komandiri qrupları Ünlünü nəzarətə götürüb, restoran isə Beyoğlu Bələdiyyəsi tərəfindən bağlanıb və möhürlənib.

Qeyd edək ki, 2022-ci ildə də Bahadır Ünlü restoranında müştərinin başına bıçaq sapı ilə vurmuşdu.

Fidan
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью