Türkiyəli azarkeşlərin “Qarabağ” sevinci VİDEO

17.09.2025

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda səfərdə oynayan “Qarabağ” "Benfika" ilə qarşılaşmada 3:2 hesabı ilə tarixi qələbə qazanıb.

Metbuat.az-ın məlumatına görə, oyun təkcə Azərbaycanda deyil, qardaş Türkiyədə də böyük maraqla izlənilib.

Sosial mediada türkiyəli azarkeşlərin “Qarabağ”ın qollarına sevinməsini əks etdirən görüntülər paylaşılıb.

“2:0 geridən gələrək “Benfika”nın stadionunda qələbə qazanmaq tarix yazmaqdır. Halal olsun! Azərbaycanlı qardaşlarımızı, “Qarabağ”ı dəstəkləyən hər kəsi təbrik edirik. Sizin qədər biz də qürur duyduq”, – deyə türkiyəli azarkeşlər oyundan sonra fikirlərini bölüşüblər.

Həmin görüntüləri təqdim edirik:

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью