Türkiyəli basketbolçu Hyuston Roketsdə ilkə imza atıb

18.11.2024

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Alperen Şengün ardıcıl iki oyunda "tripl-dabl" edərək "Hyuston Rokets" tarixində ilkə imza atıb.

Oxu.Az xəbər verir ki, Türkiyə millisinin basketbolçusu Alperen Şengün "Hyuston Rokets"in heyətində "Çikaqo Bulls"a 143-107 hesabı ilə qalib gəldiyi matçda daha bir "tripl-dabl"a imza atıb.

Qeyd edək ki, Alperen cəmi 25 dəqiqə oynadığı matçda komandasına 20 xal, 11 ribaund və 11 məhsuldar ötürmə ilə töhfə verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью