Türkiyəli basketbolçu qardaşlar eyni komandada

13.08.2026

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 13 avqust, AZƏRTAC

Yeni mövsümə hazırlıqlarını davam etdirən “LANDAU Lions” basketbol klubu heyətini Ercan Donatla gücləndirib.

Bakı təmsilçisindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan milli komandasına da dəvət alan 2,08 metr boya malik oyunçu mərkəz mövqeyində çıxış edir. Basketbolçunun son klubu “Şəki” olub.

Qeyd edək ki, Ercan Donatın qardaşı Saadettin Donat da “LANDAU Lions” klubunun üzvüdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью