Türkiyəli deputat: Ermənistan öz konstitusiyasını dəyişməlidir

07.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

"Şuşa Bəyannaməsindən sonra müttəfiqliyi daha da irəli aparmaq üçün TBMM və Azərbaycan Milli Məclisi arasında əlaqələrin gücləndirilməsinə ehtiyac var idi".

Bu sözləri Oxu.Az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

Onun sözlərinə görə, bu məqsədlə Azərbaycan parlamentində Şimali Kipr Türk Cümhuriyyəti ilə dostluq qrupu yaradıldı:

"Bu, mütərəqqi və Şimali Kiprin Azərbaycan tərəfindən tanınmasına doğru ilk addım idi".

Türkiyəli deputat əlavə edib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir:

"Bütün region dövlətləri buna müsbət yanaşmalıdırlar. Ermənistan da öz konstitusiyasını dəyişməlidir. Sülhün imzalanması üçün Minsk qrupunun ləğvi də vacibdir. Fransa kimi dövlətlər isə Ermənistanı ruhlandıran, Azərbaycana qarşı təhrik edən addımlar atmamalıdırlar".

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью