Türkiyəli deputat Romada avtomobil qəzasına düşüb

09.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Türkiyənin DEM (Xalqların Bərabərlik və Demokratiya) Partiyasının Vandan olan millət vəkili Pervin Buldan avtomobil qəzasına düşüb.

Oxu.Az "Haber Global" telekanalına istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi İtaliyanın paytaxtı Romada qeydə alınıb.

Bildirilir ki, hadisə içərisində deputatın olduğu avtomobilin sürücüsünün səhv yola çıxması səbəbindən baş verib.

Bundan başqa, P.Buldana qarşı sui-qəsdə cəhd göstərilməsi barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью