Türkiyəli diplomat ATƏTin yeni Baş katibi təyin edildi

07.12.2024

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin sabiq XİN rəhbəri və ölkənin BMT yanında keçmiş daimi nümayəndəsi Feridun Sinirlioğlu ATƏT-in yeni Baş katibi təyin edilib.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumatı Maltanın xarici işlər naziri, təşkilatın hazırkı sədri Yan Borq "X" hesabında paylaşıb. 

"ATƏT-in yeni rəhbərliyini təbrik edirik. Feridun Sinirlioğlu (Türkiyə) - baş katib, Maria Telalian (Yunanıstan) - Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri, Kristof Kamp (Niderland) - ATƏT-in milli azlıqlar üzrə ali komissarı, Yan Bratu (Norveç) - KİV azadlığı məsələləri üzrə nümayəndə seçilib", - Y.Borq "X" sosial şəbəkəsindəki hesabında qeyd edib.

Bununla yanaşı, yunanıstanlı Mariya Telalian Demokratik İnstitutlar və İnsan Haqları Bürosunun rəhbəri, niderlandlı Kristof Kamp ATƏT-in milli azlıqlar məsələləri üzrə Ali Komissarı, norveçli Yan Bratu Media azadlığı məsələləri üzrə nümayəndə təyin edilib.

Qeyd edək ki, 68 yaşlı F.Sinirlioğlu 2015-ci ilin avqustundan həmin ilin noyabrına qədər Türkiyə XİN-ə rəhbərlik edib, 2016-2023-cü illərdə isə ölkəsinin BMT yanında daimi nümayəndəsi olub. 

Nərmin
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью