Türkiyəli ekspert: Qarabağ Azərbaycanın mədəniyyət, sənaye və turizm mərkəzidir

08.04.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xankəndi, 8 aprel, AZƏRTAC

Qarabağ Azərbaycanın mədəniyyət, sənaye və turizm mərkəzidir. Hazırda dünyada müxtəlif siyasi və iqtisadi güc mərkəzləri mövcuddur. Qarabağın uzun müddət işğal altında qalması Cənubi Qafqaz regionunda qeyri-sabitliyə səbəb olub. Hazırda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edən güclü bir dövlətdir.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidentinin baş müşaviri Çağrı Erhan aprelin 8-də Xankəndidə keçirilən 7-ci ADA siyasi forumu çərçivəsində “Geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri” mövzusunda paneldə çıxışında deyib.

"Türkiyə bu mənada hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib. Türkiyə regionda sülhün və sabitliyin möhkəmləndirilməsini maraqlıdır. Əlbəttə ki, Qarabağın işğaldan azad olunması təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın inkişafına mühüm töhfələr verəcək”,- deyə Çağrı Erhan vurğulayıb.

Azərbaycan Cənubi Qafqaz regionunda öz maraqları çərçivəsində siyasət yeridən ölkə olduğunu diqqətə çatdıran Çağrı Erhan bildirib ki, Türkiyə Azərbaycanın bu istiqamətdəki siyasi gedişlərini dəstəkləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью