Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin Lüləburqaz rayonunun Evrensekiz qəsəbəsində yaşayan Burak Tunçkol 1990-cı il 20 Yanvar şəhidlərini özünəməxsus şəkildə anıb.
O, öz sahəsində traktorla torpağın üzərinə "20 Yanvarda Bakı şəhidlərini hörmətlə anırıq" yazısını həkk edib və bu proses təxminən yeddi saat çəkib.
O, 36 il əvvəl baş verən 20 Yanvar faciəsinin ağrısını hələ də ürəyində daşıdığını bildirib.
"Qardaş ölkəmiz Azərbaycanın yaşadığı acıları paylaşmaq və bu faciəni dünyaya hayqırmaq üçün bu yazını tarlaya yazdım.
20 Yanvar şəhidlərini dərin ehtiramla anıram, məkanları cənnət olsun. Azərbaycanın dərdi bizim dərdimizdir.
Qardaş ölkəyə hörmət və salamlarımı çatdırıram", - deyə B.Tunçkol Baku TV-yə bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.