Türkiyəli fermerdən Azərbaycana özünəməxsus təbrik Video

08.11.2024

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin Kırklareli bölgəsində yaşayan fermer Azərbaycanın Zəfər Gününü növbəti dəfə özünəməxsus şəkildə təbrik edib.

Ölkə.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Burak Tunçkol adlı fermer tarlasında texnika ilə “Qarabağ Azərbaycandır, Qarabağ zəfərinin 4 ili tamam olur” sözlərini yazıb. 

O, təbrikinin hazırlanmasına təqribən 4 saat vaxt sərf etdiyini qeyd edib. 

Xatırladaq ki, B.Tunçkol bundan əvvəl öz tarlasında “Azərbaycan, Cümhuriyyət bayramın mübarək olsun” yazmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью