Türkiyəli futbolçu A Seriyasında klubunu dəyişə bilər

13.02.2026

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

Türkiyə millisi və "Roma"nın üzvü Zeki Çelik A Serioyasında klubunu dəyişə bilər.

Apasport.az xəbər verir ki, 28 yaşlı sağ cinah müdafiəçisi ilə "İnter" yaxından maraqlanır.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

İddialara görə, Milan təmsilçisi müqaviləsi mövsümün sonunda başa çatacaq türkiyəli oyunçunu transfer etmək niyyətindədir. Zeki Çelik də "Roma"dan ayrılmağa müsbət yanaşır.

Qeyd edək ki, futbolçu 2022-ci ildən "qurdlar"ın heyətində çıxış edir.

Mərc oyunları qalmaqalı: "Qalatasaray"ın həkimi, "Fənər"in tərcüməçisi... “Arsenal”da ciddi itki “Milan” futbolçusunu “Bornmut”a satıb - RƏSMİ FİFA Türkiyə klubunu cəzalandırdı - 12 xalı silindi "Trabzonspor" - "Fənərbaxça" matçının hakimi bəlli oldu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью