Türkiyəli futbolçu “Başakşəhər”də rəsmi

11.02.2025

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə Super Liqası təmsilçilərindən "Başakşəhər" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda "Trabzonspor"dan Umut Güneşi heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu ilə 3,5 illik müqavilə imzalanıb.

Tərəflər arasında razılaşmaya əsasən, "Başakşəhər" 24 yaşlı yarımmüdafiəçi üçün 2,3 milyon avro ödəyəcək.

Qeyd edək ki, Umut bu mövsüm "Trabzonspor"un heyətində iştirak etdiyi 15 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Dursun Özbek: "Təxribatçı hərəkətlər davam edir" PSV-nin vingeri Premyer Liqa yolunda "Fənərbaxça" futbolçudan imtina etdi - YENİLƏNİB "Olimpiakos"un futbolçusu İstanbul klubunda Ançelotti milli üçün əsas namizəddir
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью