futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Beşiktaş”dan ayrılan Ersin Destanoğlu karyerasını Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, qolkiper “Əl Cəzirə” ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı qapıçı ilə anlaşmanın detalları açıqlanmayıb.
Ersin ötən mövsüm “Beşiktaş”la 32 oyunda meydana çıxıb.