Türkiyəli futbolçu Mançester Yunayteddən ayrılır

23.12.2024

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İngiltərənin "Mançester Yunayted" klubu qapıçısı Altay Bayındırla yollarını ayırmaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" qış transfer dönəmində 26 yaşlı qolkiper üçün gələcək təklifləri nəzərdən keçirəcək. Klub kamerunlu Andre Onana ilə rəqabət apara biləcək oyunçu almaq niyyətindədir.

Qeyd edək ki, 2023-cü ildə "Mançester Yunayted"ə keçən türkiyəli qapıçı komandanın heyətində üç oyunda meydana çıxıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью