Türkiyəli futbolçu “Yuventus”la razılıq əldə edib

06.10.2025

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə millisinin və "Yuventus”un hücumçusu Kənan Yıldız gələcək karyerası ilə bağlı qərarını verib.

AZXEBER.COM xəbər verir ki, "Arsenal” skautlarının oyunlarını izləməsinə baxmayaraq, 20 yaşlı futbolçu Turin klubunda qalmağa qərar verib. O, "Yuventus” rəhbərliyi ilə 2030-cu ilə qədər davam edəcək yeni müqavilə barədə prinsipial razılıq əldə edib.

Yeni sözləşməyə əsasən, Kənanın illik maaşı təxminən 5 milyon avro olacaq. Razılaşmaya əlavə bonuslar da daxil ediləcək.

Qeyd edək ki, türkiyəli gənc hücumçu bu mövsüm A Seriyasında və Çempionlar Liqasında ümumilikdə 2 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью