Türkiyəli futbolçu “Yuventus”un tarixinə düşdü

12.12.2024

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə millisinin futbolçusu Kenan Yıldız hazırda çıxış etdiyi İtaliyanın “Yuventus” komandasının tarixinə düşüb.

Metbuat.az xəbər verir ki, gənc hücumçu buna UEFA Çempionlar Liqasının əsas mərhələsində evdə İngiltərənin “Mançester Siti” klubuna 2:0 hesabı ilə qalib gəldikləri VI tur oyununda nail olub.

O, qitənin ən nüfuzlu klub turnirində Turin təmsilçisinin heyətində 20 yaşadək 6 görüşə çıxan üçüncü futbolçu olub. Daha əvvəl komandanın sabiq üzvü Pol Poqba və hazırda icarə əsasında “Cenoa”da çıxış edən Fabio Miretti bu göstərici üzrə fərqlənib.

Qeyd edək ki, 19 yaşlı Kənan Yıldız bu mövsüm “Yuventus”un heyətində 21 matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью