Türkiyəli futbolçudan “pauza” qərarı

23.11.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Türkiyəli futbolçu Emre Mor “Neymegen”dən ayrılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı yarımmüdafiəçi karyerasında fasilə vermək üçün bu addımı atıb. O, səhhətinə daha çox diqqət ayırmaq niyyətindədir.

Emre Mor daha əvvəl “Borussiya” (Dortmund), “Fənərbağça” kimi klublarda forma geyinib.

O, ötən yaydan “Neymegen”də idi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью