Türkiyəli futbolçular öz matçlarına mərc ediblər?

11.11.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə futbolunda qalmaqal yaşanır.

Fanat.Az xəbər verir ki, jurnalist Erme Bol sensasion iddia ilə çıxış edib. Onun sözlərinə görə, Türkiyə – Gürcüstan matçında meydana çıxan iki türk futbolçu oyundan əvvəl “hər iki komanda qol vuracaq” seçimiylə mərc edib.

Əgər bu iddia təsdiqlənərsə, FİFA məsələyə dərhal müdaxilə edəcək və araşdırma başladacaq. Qaydalara əsasən, futbolçuların öz oyunlarına mərc etməsi ciddi qayda pozuntusu sayılır və bu, həm fərdi, həm də komanda səviyyəsində ağır cəzalarla nəticələnə bilər.

Türkiyə Futbol Federasiyasının isə məsələ ilə bağlı daxili yoxlama aparacağı gözlənilir. Qalmaqalın təsdiqlənməsi halında, millinin bəzi oyunçularının uzunmüddətli diskvalifikasiya riski ilə üz-üzə qalacağı bildirilir.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью