Türkiyəli futbolçunun dəyəri 125 qat ARTDI

21.12.2024

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yaz transfer dövründə "Qalatasaray"dan Portuqaliya "Benfika"sına transfer olan Kerem Aktürkoğlu Liqada göstərdiyi performansla böyük diqqət cəlb edib.

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, oyunçuların transfer qiymətləri yenilənərkən, Aktürkoğlunun yeni bazar dəyəri  heyrətamiz olub. Onun bazar qiyməti 125 dəfə artıb.

"Qalatasaray"dakı çıxışı ilə diqqətləri üzərinə çəkən və "Benfika"ya transfer olan Keremin dəyəri təxminən 40% artaraq 25 milyon avroya yüksəlib.

İstanbul klubuna transfer olduğu zaman 200 min avro olan ulduz futbolçunun transfer qiymətini ümumilikdə 125 dəfə artırmış olub.

Tural 
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью