Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir. Azərbaycan dünya qarşısında daha bir uğur hekayəsini yazır.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməklə Azərbaycan dünyaya öz iqtisadi və siyasi gücünü nümayiş etdirir.
Noyabrın10-dan başlayaraq dünyanın 196 ölkəsinin rəsmiləri Bakıya gəlib.
196 ölkədən 72 min iştirakçının qeydiyyatdan keçməsi, onların arasında 80 prezident,vitse-prezident,baş nazir formasında Bakıda toplaşması Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir.
Tədbirdə iştirak edən ayrı-ayrı dövlətlərin liderləri COP29-un yüksək səviyyədə təşkilindən və Azərbaycan iqlim dəyişikliyinə qarşı təşəbbüslərini yüksək qiymətləndiriblər.
Qrenadanın Baş Naziri, CARICOM-un sədri Dikon Mitçell COP29-un “good COP” olacağına inandığını bildirib.
Gürcüstanın Baş naziri Irakli Kobakhidze isə söyləyib ki, COP29 Qafqazda ilk dəfədir həyata keçirilir: Azərbaycana uğurlar arzulayıram.
Gürcüstan COP29-un uğurlu nəticələrinə nail olmaq və Cənubi Qafqazı imkanlar və uğur regionuna çevirmək üçün Azərbaycandan olan qonşuları və dostları ilə işləməyə davam edəcək”.