Türkiyəli general bu ölkədə hərbi obyektləri ziyarət etdi Video

22.11.2026

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu səfərdə olduğu Somalidə bu ölkənin Baş Qərargah rəisi, general-mayor İbrahim Mohamed Mohamudla görüşüb və Somali Türk Tapşırıq Qüvvələri Komandanlığında (Anadolu kazarması) olub.
Bizim.Media Türkiyə SQ-yə istinadən xəbər verir ki, Dəniz və Hava Qüvvələri Komandanlıqları, eləcə də Birgə Əməliyyat Mərkəzinə baxış keçirilib.
Ordu generalı tikintisi davam edən Kosmik Baza Kompleksinə də baş çəkərək aparılan işlər barədə məlumat alıb.
Selçuk Bayraktaroğlu Somali Hərbi Dəniz Qüvvələrinin qərargahı, Somali Türk Tapşırıq Qüvvələri Komandanlığı, "Barbaros" Dəniz Tapşırıq Qüvvələrinin kompleksinin Koordinasiya Mərkəzi və gəmiqayırma müəssisəsinin təməlqoyma mərasiminə də qatılıb.
 

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью