Türkiyəli hakimlər mərc bataqlığında: Prokurorluq cinayət işi üzrə araşdırmaya başladı

27.10.2025

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlunun açıqlamalarından sonra İstanbul Respublika Prokurorluğu 2025-ci ilin aprel ayında futbol matçlarını idarə etmiş bəzi hakimlərin iştirak etdiyi iddia edilən mərc oyunları ilə bağlı araşdırmalara başlayıb. 

Apasport.az xəbər verir ki, bu barədə qurum bəyanat yayıb. 

Bəyanatda hakimlərin müəyyən edilməsi və “idmanda zorakılığın və nizam-intizamın qarşısının alınması haqqında”, “idman klubları və idman federasiyaları haqqında” və “idman və digər futbol yarışlarının təşkili haqqında” qanunun pozulması ilə bağlı iddiaların araşdırıldığı bildirilib. 

Qeyd edək ki, İbrahim Hacıosmanoğlu 371 hakimin mərc oyunları saytlarında öz adlarına hesablarının olduğunu və onlardan 152-nin aktiv mərc oynadığını açıqlamışdı

Türk futbolunda skandal: Hakimlər mərc oyunları oynayırmış Türkiyə klubunda baş məşqçi ayrılığı “El Klassiko”da sevinən tərəf “Real” oldu - YENİLƏNİB "Bavariya"dan yeni rekord “Napoli”də ciddi itki
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью