Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq. Bakının Binəqədi rayonunda 2005-ci il təvəllüdlü Cəlal şəxsi münasibətdə olduğu Türkiyə v
Sinan təkidlə mehmanxanada gecəni onunla birlikdə qalmasını istəyib.
Cəlal buna etiraz edib.Bu zaman Cəlalın atası Vaqif onlara yaxınlaşıb, oğlunun evdə qalmasının vacib olduğunu bildirib, Sinandan oğlundan əl çəkməsini və öz ölkəsinə qayıtmasını tələb edib.Sinan hücum edərək Vaqifi təhqir edib, əl-qol ataraq ona zərbə vurub.
Bu səbəbdən Cəlal bıçaqla Sinanın bədəninə zərbə endirib, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.“Fərqli hisslər bəslədiyini hiss etdim”İstintaq orqanı tərəfindən Cəlalın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.
O, ifadəsində göstərib ki, Sinanla internet vasitəsilə, onlayn oyun zamanı tanış olub: “Sinan Türkiyə vətəndaşıdır.
Mən ali təhsil almaq üçün Türkiyəyə gedərkən onunla görüşdüm, dostlaşdım.
Onun mənə yardım edə biləcəyini düşündüm.Türkiyənin İzmir şəhərində “Dokuz Eylül” universitetində təhsil almışam.
Sinan məndən 3 yaş böyükdür. Daha sonra Sinanın mənə fərqli hisslər bəslədiyini hiss etdim”.“Məni təhdid etməyə başladı”Təqsirləndirilən şəx