Türkiyəli iş adamına 10 il həbs verildi 9 milyonluq mənimsəmə | Icma.az
Icma.az bildirir, Tribuna portalına istinadən. - + Baş ofisi Fransada yerləşən “Thales İnternational Western Counties B.V.” transmilli korpo
“Qafqazinfo”nun məlumatına görə, türkiyəli iş adamının işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Belə ki, M.Şahan 8 milyon 860 min manat mənimsəmədə ittiham edilib.
İstintaq materiallarında qeyd olunub ki, M.Şahan 2014-2021-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin fəaliyyətindən irəli gələn zəruri xərclərin qarşılanması məqsədilə həmin şirkətin mərkəzi ofisi tərəfindən ayrılmış ümumilikdə 8 milyon 860 min manat məbləğində pul vəsaitini rəhbərlik etdiyi qurumun müvafiq bank hesabından nağd, eləcə də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə mənimsəyib.
7 il “Thales”in Azərbaycandakı nümayəndəliyinə rəhbərlik edən M.Şahan 2022-ci ilin fevralında həbs olunub.
İş adamı ifadəsində deyib ki, uzun müddət Fransada yaşayıb, fransızcanı mükəmməl bildiyi üçün Azərbaycana şirkət nümayəndəsi göndərilib.
O, ittihamlara münasibətdə özünü təqsirli bilməyib. Buna baxmayaraq, məhkəmə istintaqı ilə M.Şahana verilmiş ittihamlar kifayət qədər dəlil
Hökmə əsasən, o, xüsusilə külli miqdarda mənimsəmə cinayəti törətməkdə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.
Tam oxu
Xəbəri oxu