Türkiyəli jurnalist yenidən saxlanıldı

16.10.2026

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Türkiyəli jurnalist Murat Ağırel bu səhər evində saxlanılıb. Onun evində axtarış aparıldıqdan sonra İstanbul Polis İdarəsinə aparıldığı bildirilir.

Bu barədə Gununsesi.info xarici mediaya istinadən xəbər verir.

Murat Ağırel pul yuyulması iddiaları ilə bağlı araşdırma çərçivəsində ev dustaqlığında idi. Onun ayağına elektron qolbaq taxılmışdı.

İstanbul Baş Prokurorluğunun məlumatına görə, iş Almaniya vətəndaşı olan iki şəxsin pul yuyulması ilə bağlı şikayəti əsasında araşdırılır. İş üzrə siyasətçi Aylin Kotil və Ömer Sarıgül də daxil olmaqla bir neçə nəfərin saxlanılması barədə qərar verilib. Emir Sarıgül barəsində də saxlanılma qərarı olduğu açıqlanıb.

Qeyd edək ki, Murat Ağırel daha əvvəl bu işlə bağlı yaydığı xəbərlərə görə istintaqa çağırılmışdı. Məhkəmə əvvəlcə onun barəsində ölkədən çıxış qadağası və müəyyən vaxtlarda polisə imza atmaq öhdəliyi müəyyən etmiş, sonradan isə ev dustaqlığı qərarı vermişdi.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью