Axar.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyə “Barış Boyun” cinayət qruplaşmasının liderlərindən sayılan Mehmet Rəcəb Dəmir Azərbaycanda ələ keçirilib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediasının məlumatında deyilir.
Bildirilib ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu beynəlxalq arenada fəaliyyət göstərən və ictimaiyyətdə “Barış Boyun Cinayətkar Qruplaşması” olaraq tanınan silahlı cinayətkar qruplaşmaya qarşı istintaqı davam etdirir.
İstintaq çərçiəsində qruplaşmanın rəhbəri sayılan və barəsində 48 axtarış qərarı çıxarılan Mehmet Rəcəb Demir ölkəmizdə ələ keçirilib.
Demir Azərbaycanda dövlət sərhədini qanunsuz keçdiyinə görə həbs edilib.
Demirin Türkiyəyə ekstradisiyası üçün Azərbaycanın məhkəmə orqanlarına müvafiq sorğu göndərilib.