Türkiyəli məşhur aparıcı və əri saxlanıldı

27.11.2026

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyədə müxalif Xalq TV kanalında növbəti dəfə əməliyyat keçirilib.

Axar.az NTV-yə istinadla xəbər verir ki, əməliyyat zamanı 12 nəfər barəsində saxlanılma qərarı verilib, onlardan 9-u saxlanılıb.

Saxlanılanlar arasında telekanalın aparıcıları Ece Üner və həyat yoldaşı Dəniz Bayramoğlu da var.

Bundan başqa, Xalq TV-nin xəbər koordinatoru Hakan Kürşad Oğuz barəsində də saxlanılma qərarı verilib.

İstanbul Baş Prokurorluğunun açıqlamasında onun hazırda xaricdə olduğu bildirilib.

İstintaq çərçivəsində şübhəlilərə qarşı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, cinayətkar təşkilat yaratmaq və ona üzv olmaq, ictimaiyyəti yanıldan məlumatları açıq şəkildə yaymaq, rüşvət, tenderlərə müdaxilə və Vergi Prosessual Qanunvericiliyinin pozulması ilə bağlı ittihamlar irəli sürüldüyü bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью