Türkiyəli məşhur futbol şərhçisi öldü

07.08.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin “Qalatasaray” futbol klubunun sabiq futbolçusu və idman şərhçisi Ümid Aktan 76 yaşında dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bu barədə “Qalatasaray” klubu rəsmi sosial şəbəkə hesablarında məlumat yayıb:

“Keçmiş futbolçumuz və Türkiyə idman mətbuatının dəyərli adı Ümid Aktanın vəfatı xəbərini dərin hüznlə öyrəndik”, - məlumatda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью