Türkiyəli məşhur müğənni öldü

01.05.2026

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"İkimiz bir fidanız" (İkimiz bir fidanıq) və "Büklüm büklüm" kimi mahnıları ilə məşhur olan türkiyəli müğənni Tülay Özər 79 yaşında vəfat edib.

Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, Özərin ölüm xəbərini prodüseri Hakan Ərən açıqlayıb.

Sənətçinin uzun müddətdir dializ müalicəsi aldığı bildirilib.

Qeyd edək ki, Tülay Özər məşhur müğənni Zerrin Özərin böyük bacısıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью