Türkiyəli məşhur müğənninin vəziyyəti AĞIRLAŞDI: helikopterlə gətirildi FOTO

17.12.2024

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Məşhur müğənni Ferdi Tayfurun səhhəti ağırlaşıb.

Milli.Az xəbər verir ki, sənətçi təcili olaraq Muğlanın Menteşe bölgəsindən tibbi helikopterlə Antalyaya aparılıb. O burada reanimasiyaya yerləşdirilib.

İfaçının soyuqdəymə səbəbindən vəziyyətinin pisləşdiyi qeyd edilib.

79 yaşlı Ferdi orada Özel Yücelen xəstəxanasında müalicə olunurdu.

Xatırladaq ki, sənətçinin 2020-ci ildə oğlundan alınan böyrəyi ona köçürülüb. O uzun müddət idi ki səhhətində problem yaşamırdı. /baku.ws

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью