Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. "Qarabağ"ın sabiq məşqçisi Mehmet Ak Sportal.az saytına açıqlama verib.
Türkiyəli mütəxəssis Ağdam klubunun avrokuboklardakı çıxışına münasibət bildirib.
Bununla yanaşı, Ak Azərbaycan çempionunun bu gün Avropa Liqasının 4-cü turu çərçivəsində "Bodö-Qlimt"lə qarşılaşmasından gözləntilərini bölüşüb: "Qarabağ" Avropa Liqasına yaxşı başlamadı.
Əslində, çətin rəqiblərlə oynadı. "Tottenhem", "Ayaks", "Malmö" yaxşı komandalardır.
Bu rəqiblər oyunu çox sürətli oynayan, keçid hücumlarını yaxşı edən, büdcə olaraq da "Qarabağ"ın çox-çox üzərində olan komandalardır.
Təbii ki, "Malmö"nü çıxmaq şərtilə. Azərbaycan Premyer Liqasının səviyyəsinin artması "Qarabağ"ın bu oyunlardakı səviyyəsini də artıracaq.
Amma Azərbaycan liqasının səviyyəsi aşağıdır, oradakı çətinlik və komanda sayı azdır.
"Bodö-Qlimt" kağız üzərində asan görünsə də, çətin rəqibdir. Avropada asan oyun yoxdur, komandaların səviyyələri artıb.