Türkiyəli milyarder maşınla bankomata çırpıldı

30.01.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin ən zəngin iş adamlarından hesab edilən, milyarder Mehmet Emin Karaahmet İstanbulda avtomobil idarə edərkən qəza törədib.

Axar.az xəbər verir ki, Karaahmet Etilər səmtində idarəetməni itirib və nəqliyyat vasitəsi bankomata çırpılıb.

Qəza nəticəsində ölən, yaxud yaralanan şəxsin olub-olmaması məlum deyil.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Qeyd edək ki, M.E.Karaahmet 2010-cu ildə 4 milyard dollarlıq sərvətlə Türkiyənin ən zəngin iş insanı kimi Forbesin siyahısına düşmüşdü.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью