Türkiyəli milyarderin aktrisa gəlini dar libasda pozalar verdi

27.11.2024

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

Türkiyəli milyarder Hakan Sabancının gəlini, "Sen Çal Kapımı" serialının ulduzu, aktrisa Hande Erçel avtomobildə pozalar verib.

Publika.az xəbər verir ki, o, lentə aldığı fotoları sosial media hesabında paylaşıb.

Aktrisa qızılı qolbaq taxıb, qara məxmər ayaqqabı və dar tünd çəhrayı paltar geyinərək kamera qarşısına keçib.

Məlumata görə, 31-ci ad günü üçün çəkiliş təşkil edən aktrisa saçlarını burdurub və çəhrayı dodaq boyası ilə makiyaj edib.

Your browser doesn't support video.
Please download the file: video/mp4

Hüseyn İbadlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью