Türkiyəli müğənni Bakıda konsertini ləğv etdi QƏRİBƏ SƏBƏB KONKRET

31.07.2025

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Xüsusən son günlər ifa etdiyi “Benden sonra” mahnısı ilə məşhurluq qazanan Rıza Tamer türk lirəsinin işləmədiyi ölkələrdə konsert verməyəcəyini açıqlayıb.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşdığı videoda Bakıda planlaşdırdığı konsertini ləğv etməyini də bu məqamla əlaqələndirib.

R.Tamer Bakıya həm konsert, həm də gəzmək üçün bir gün əvvəl gəldiklərini və ölkəmizlə bağlı heç bir problemin olmadığını bildirib:

“Bizimlə çox yaxşı rəftar etdilər, çox gözəl qarşıladılar, gözəl insanlardır. Amma konsertimizi ləğv etməli olduq. Çünki Türkiyə valyutasının qəbul olunmadığı heç bir ölkədə konsert vermək istəmirəm”.

Rıza Tamer gələcəkdə də türk lirəsinin keçmədiyi bütün ölkələrdə səhnəyə çıxmaqdan imtina edəcəyini açıqlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью