Türkiyəli müğənni Emrah Bakıya gəldi sabah konsert verəcək

24.10.2025

Icma.az bildirir, Dogru.az portalına istinadən.

Türkiyənin tanınmış müğənnisi Emrah Bakıya gəlib.

Doğru.az xəbər verir ki, sənətçi bu gün Heydər Əliyev Beynəlxalq Hava Limanına enib və jurnalistlərin suallarını cavablandırıb. Emrah uzun fasilədən sonra Azərbaycan tamaşaçıları qarşısında səhnəyə çıxacağı üçün həyəcanlı olduğunu bildirib:

“Bakı mənim üçün hər zaman doğma bir şəhərdir. Burada gördüyüm sevgi və istilik mənə böyük enerji verir. Sabahkı konsertdə pərəstişkarlarımla görüşmək üçün səbirsizlənirəm,” – deyə müğənni qeyd edib.

Qeyd edək ki, Emrahın konserti 25 oktyabr konqres mərkəzində axşam saat 20:00-da start götürəcək.

Ülkər Quliyev

DOĞRU.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью