Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyəli müğənni və aktyor Emre Altuğ barəsində İzmirin Çeşmə rayonunda yerləşən mülkündə qanunsuz tikililər inşa etdiyi iddiası ilə cinayət işi açılıb.
Bizim.Media xəbər verir ki, Çeşmə Respublika Baş Prokurorluğunun apardığı araşdırma nəticəsində sənətçi üçün 3 ildən 10 ilədək həbs cəzası tələb olunub.
İddialara görə, tarixi-mədəni mühafizə zonasında yerləşən mülkdə icazəsiz hovuz, divar və digər tikililər inşa edilib. Bələdiyyə həmin tikililəri sökdürərək prokurorluğa müraciət edib.
Emre Altuğ isə bildirişin qanunsuz verildiyini, tikinti ilə bağlı müvafiq qurumlardan müsbət rəy aldığını bildirərək ittihamları rədd edib.
Bizim.Media