Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İstanbul Respublika Baş Prokurorluğunun Ahbap Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində qurumun sədri, tanınmış müğənni Haluk Levent barəsində saxlanılma (gözaltı) qərarı verilib.
APA-nın Türkiyə bürosunun yerli KİV-ə istinadən verdiyi məlumata görə, rəsmi qurumlar hələlik istintaqın mahiyyəti və irəli sürülən ittihamlarla bağlı ətraflı açıqlama verməyib.
Bildirilib ki, istintaq davam edir. Hadisə ilə bağlı əlavə məlumatın yaxın vaxtlarda açıqlanacağı gözlənilir.