Türkiyəli müğənni İranda müharibənin ortasında qaldı

16.06.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

2023-cü ildə iranlı voleybolçu Mehdi Kərimi ilə ailə quran məşhur türkiyəli pop müğənnisi Lara ailəsini ziyarət etmək üçün getdiyi İranda müharibənin ortasında qalıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki,  məşhur müğənni sosial media hesabından göz yaşları içində sevənlərindən dua istəyib.

"Dostlar, mən burada savaşın ortasında qalmışam. Hazırda üzərimizdən raketlər uçur. Həqiqətən də çox çətin vəziyyətdir. Mən İrandayam, burada vəziyyət çox kritikdir. Sosial şəbəkələrə girməkdə çətinlik çəkirik. Nə telefonlarımız işləyir, nə də internetə girə bilirik. Xahiş edirəm dualarınızı əsirgəməyin. Allah İran xalqına yar olsun" deyə o göz yaşları içində bildirib.

Aysel


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью