Türkiyəli müğənni “Qremmi”nin jürisinə seçildi

07.08.2026

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Türkiyənin bir çox məşhur seriallarının bəstəkarı Toyqar İşıqlı musiqi dünyasının ən nüfuzlu mükafatlarından olan "Qremmi"nin münsiflər heyətinə seçilib.
Kulis.az xəbər verir ki, "Aşk-ı Memnu", "Ezel", "Dudaktan Kalbe", "Yaprak Dökümü", "Kuzey Güney", "Medcezir", "Kara Sevda", "Çukur" və "Yargı" kimi reytinqli layihələrin musiqi müəllifi olan sənətçi "Qremmi" mükafatlarını təşkil edən "Recording Academy"nin səsvermə hüququ olan üzvü statusunu qazanıb.
Dünyaca məşhur musiqiçi və prodüserlərin yer aldığı heyətə qəbul edilən ToyqMar Işıqlı sevincini sosial şəbəkə hesabında bölüşərək, illərdir yalnız musiqisinə fokuslanaraq qurduğu karyerasında bu cür beynəlxalq etimadla qarşılaşmağın və ölkəsini təmsil etməyin böyük qürur mənbəyi olduğunu bildirib.
Qeyd edək ki, bəstəkarın indiyədək minlərlə əsərə imza atdığı bildirilir.

Nazım Hikmetin böyük eşqi - Pirayenin gizli arxivi ilk dəfə yayımlandı Haluk Levent həbs olundu - "AHBAP" dərnəyində yeyinti iddiaları Məşhur reper Lermontovu oynayacaq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью