Türkiyəli müğənnilərin yeni il qazancı Sərvət qazanacaqlar... | Icma.az
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyəli müğənnilərin yeni il gecəsi qazanacaqları qonorarlar açıqlanıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hadisə, Kipr və Misirdə verdiyi konsertlərlə böyük gəlir əldə edəcək, Ebru Gündeş, Sibel Can, Gülşen və Kənan Doğulu da Yeni il gecəsində yüksək qonorarlarla səhnəyə çıxacaq.
Belə ki, Hadisə 31 dekabr gecəsi Kiprdə pərəstişkarları ilə görüşəcək və 10 milyon lirə qazanc əldə edəcək.
Konsertin ardından Misirə uçacaq və Qahirədəki səhnəsindən 10 milyon lirə daha qazanacaq. Ümumi gəliri 20 milyon lirə olacaq.
Ebru Gündeş yeni il gecəsini vətənində keçirəcək və 10 milyon lirə alacaq. Sibel Can İstanbulda səhnəyə çıxacaq və 8 milyon lirə qazanacaq.
Gülşən Kiprdə səhnəyə çıxacaq və 8 milyon lirə əldə edəcək. Kənan Doğulu Kiprdə Yeni il gecəsini qeyd edəcək və 7 milyon lirə alacaq.
Ajda Pekkan İstanbulda Yeni ili qarşılayacaq və 7 milyon lirə qazanacaq. Bülent Ersoy Almaniyada səhnəyə çıxacaq və 6 milyon lirə qazanacaq.
Tam oxu
Xəbəri oxu