Türkiyəli mütəxəssis: “Qarabağ”da çox gözəl günlər keçirmişəm”

02.12.2024

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ”ın futbol akademiyasıın sabiq koordinatoru Önder Karaveli klubun bazasını ziyarət edib.

Futbolpress.az xəbər verir ki, türkiyəli mütəxəssis “atlılar”ın baş direktoru Emrah Çelikellə görüşüb. Türkiyəli qonağa klubun formasını hədiyyə edilib.

Türkiyənin bir sıra klublarında, o cümlədən “Beşiktaş” və “Trabzonspor”da çalışmış mütəxəssis fikirlərini klubun saytına açıqlayıb:

“Türkiyədə yaşasam da, özümü hər zaman “Qarabağ” ailəsinin bir parçası hiss etmişəm. Bu klubda, onun akademiyasında çalışmışam. “Qarabağ”da çox gözəl günlər keçirmişəm. O zamandan  bu klub mənim üçün çox dəyərlidir. Türkiyədə yaşamağıma baxmayaraq, “Qarabağ”ı Azərbaycandakı komandam hesab edirəm. Yenidən burada olduğuma çox şadam. “Qarabağ”ın həm ölkədə, həm Avropada əldə etdiyi nailiyyətlər hamımızı çox qürurlandırır. Qurban Qurbanova böyük hörmətim var. Onunla burada da, Türkiyənin Antalya şəhərində də dəfələrlə görüşüb danışmışıq. “Qarabağ”ın gördüyü işlər çox qiymətlidir. Bu klubun idarəçiliyi, təşkilatçılığı örnək olunacaq səviyyədədir. Türkiyədə bir çox komanda avrokubokların qrup mərhələsinə düşməkdə çətinlik çəkirsə, “Qarabağ” hər il bu uğura imza atır. Ümid edirəm ki, qarşıdakı illərdə Azərbaycan futbolu da irəliləyişə nail olar. Öz akademiyası, öz təşkilatçılığı, idarəçiliyi, öz əsas komandası ilə nümunə sayılan “Qarabağ”in bunun lokomotivi olacağını düşünürəm”.

Qeyd edək ki, Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin yayına qədər klubumuzda çalışıb.

Əsas xəbərlər, Ölkə futbolu “Qarabağ”a qol vuran hücumçu silahlı hücuma məruz qaldı

2 Dekabr 2024, 16:03

Əsas xəbərlər, Manşet, Premyer liqa Favoritlər büdrəmədi, “zirzəmi”də dəyişiklik

2 Dekabr 2024, 10:11

Əsas xəbərlər, Premyer liqa Derbidə rekord

2 Dekabr 2024, 9:00

Əsas xəbərlər, Manşet, Premyer liqa “Neftçi Arena”da qələbəyə layiq oyun

2 Dekabr 2024, 8:01

Əsas xəbərlər, Manşet, Premyer liqa “Qarabağ” derbidən qalib ayrıldı

1 Dekabr 2024, 20:57

Əsas xəbərlər, Premyer liqa “Neftçi Arena”da “11-lik”lər məlum oldu

1 Dekabr 2024, 17:57

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью