Türkiyəli nazir: “75 nəfərdən 40 milyard lirədən çox vəsait geri alınıb” KONKRET

18.11.2026

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin ədliyyə naziri Akın Gürlek fondlarla bağlı istintaqlar çərçivəsində 129 şübhəlinin həbs edildiyini, 289 nəfər barəsində isə məhkəmə nəzarəti tədbirinin tətbiq olunduğunu bildirib.

KONKRET.az xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında açıqlama yayıb.

O bildirib ki, fondlarla bağlı istintaqlar yeni sübutlar əsasında genişləndirilir. Nazirin sözlərinə görə, fond rəhbərləri və bazar iştirakçıları ilə yanaşı, nəzarət prosesləri ilə bağlı iddialar da araşdırılır.

Gürlek qeyd edib ki, hazırda istintaq çərçivəsində 498 şübhəli var. Onlardan 129-u həbs edilib, 289 nəfər barəsində məhkəmə nəzarəti tədbiri seçilib. Axtarışda olan 54 şübhəlinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir. Saxlanılan 22 nəfərlə bağlı prosessual tədbirlər isə davam edir.

Nazir əlavə edib ki, cinayət yolu ilə əldə edildiyi ehtimal olunan gəlirlərin gizlədilməsinin qarşısını almaq məqsədilə 417 fiziki və 149 hüquqi şəxsin əmlakı barəsində müsadirə və dondurma qərarları qəbul edilib.

“Vəsaitlərin könüllü qaytarılması və geri alınması çərçivəsində 75 nəfərdən təxminən 40,4 milyard lirə toplanıb. Bir daha açıq şəkildə bildirirəm: vəsaitlərin könüllü qaytarılması öz-özlüyündə hüquqi məsuliyyəti aradan qaldırmır”, – deyə o vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью