Türkiyəli nazir İrəvana gedir

15.10.2026

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının Tərəflər Konfransı – COP-17-də nazir səviyyəsində təmsil olunacaq. Azərbaycanın tədbirdə iştirakı ilə bağlı isə hələlik təsdiqlənmiş məlumat yoxdur.

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 15-də hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.

Paşinyan qeyd edib ki, Türkiyənin iştirakı barədə məlumatı var, lakin Azərbaycanın iştirakı ilə bağlı ona hələ rəsmi təsdiq daxil olmayıb.

Baş nazir COP-17-nin təşkili ilə əlaqədar mümkün korrupsiya riskləri barədə suala da cavab verib. O bildirib ki, vəsait xərclənən hər yerdə korrupsiya riskləri mövcuddur və əsas məsələ həmin risklərin idarə olunmasıdır.

Onun sözlərinə görə, bu məqsədlə müvafiq nəzarət qurumları fəaliyyət göstərir, hökumət isə qərarlar qəbul edərkən riskləri nəzərə alıb və BMT prosedurları çərçivəsində əlavə mexanizmlər yaradıb.

Ermənistanın baş naziri bildirib ki, oktyabrda COP-17 çərçivəsində ölkəyə 15 mindən çox insan gələcək. Onun fikrincə, bu, Ermənistanın beynəlxalq səviyyədə tanınmasına da müsbət təsir göstərəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью