Türkiyəli nazir meşə yanğınları ilə bağlı son vəziyyəti paylaşıb

15.08.2025

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı meşə yanğınları ilə bağlı son vəziyyəti “Next Social” hesabında paylaşıb.

Yaşıl vətəni qorumağa və alovlarla mübarizəyə yorulmadan davam etdiklərini vurğulayan nazir deyib: “Hatayın Hassa, Antakya və Yayladağ rayonlarında baş verən yanğınların qarşısı tam alınıb. Mersinin Silifke və Anamur rayonlarında baş verən yanğınların qarşısı isə böyük ölçüdə alınıb. Soyutma çalışmalarımız davam edir. Yanğın riskinin yüksək olduğu bu günlərdə daha da diqqətli olaq. Gələcəyimizi birlikdə qoruyaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью