Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 16 noyabr, AZƏRTAC “Dünyadakı iqlim dəyişikliyindən ən çox şəhərlər, onların sakinləri təsirlənir.
Son illərdə iqlim dəyişmələri çox böyük təbii fəlakətlərə səbəb olur.
Yaxın zamanlarda Avropada - İspaniyada daha əvvəl görünməyən sel fəlakəti qeydə alındı.
250-dən çox insan fəlakətin qurbanı oldu Türkiyə də iqlim dəyişikliklərindən ən çox təsirlənən ölkələrdən biridir.
Akdeniz (Aralıq dənizi –red.) iqlim hövzəsində yerləşən ölkə olaraq orta temperaturun 1,5 dərəcəni ötmüş olduğu bir bölgədəyik və təbii fəlakətlərlə mübarizə aparırıq”.AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Fatma Varank jurnalistlərə müsahibəsində deyib.“Fəlakətlərlə mübarizə üçün dayanıqlı şəhərlər qurmalıyıq.
Əgər bizdən sonrakı nəsillərə şəhərləri, dünyamızı qoyub getmək istəyiriksə, bu gün həqiqətən tədbir görməyimiz lazımdır.
Baş verən proseslərin qarşısını bu gün almasaq, gec olacaq. Bundan sonra da geridönüşü olmayacaq.