Türkiyəli nazir: Orta Dəhliz tarixi köklərimizi birləşdirən qədim mədəniyyət yoludur

11.06.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 11 iyun, AZƏRTAC

Orta Dəhliz dünyada rifahı yaxşılaşdırmaq üçün ortaq vizyonun təməlini təşkil edir. Orta Dəhliz, eyni zamanda, Orta Asiya coğrafiyası ilə sinerji yaradıb, həmçinin tarixi köklərimizi birləşdirən qədim mədəniyyət yoludur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində təşkil edilən “Orta dəhliz 360°: Geosiyasətdən rəqəmsal transformasiyaya, ailədən yaşıl inkişafa” adlı yan tədbirdə deyib.

Ailənin cəmiyyətin onurğasını təşkil etdiyi bildirən türkiyəli nazir müasir dövrdə ailə dəyərlərinin bir sıra problemlərlə üz-üzə qaldığını vurğulayaraq deyib: "Bu gün cəmiyyətin təməl dirəyi olan ailələrin üzərinə önəmli vəzifələr düşür. Gələcək nəsilləri sağlam fərdlər olaraq yetişdirməliyik. Sürətlə dəyişən dünyada hamımızın üzərinə düşən vəzifələr var. Türk dünyasında ailə siyasətlərinin daha da dərinləşdirilməsinə xidmət edən bu tədbirin ailə dəyərlərimizi gücləndirəcəyinə ümid edirik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью