Türkiyəli səfir şəhid ailələri ilə görüşdü FOTO

14.03.2025

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakıda Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə iftar süfrəsi açılıb. İftar süfrəsində dövlət rəsmiləri, şəhid ailələri, qazilər iştirak edib.

Tribunainfo.az xəbər verir ki, İftar süfrəsində Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün şəhid anaları, qazilərlərlə görüşüb.Birol Akgün iftar süfrəsində iştirak edən şəhid general-mayor Polad Həşimovun anası Səmayə ana ilə görüşüb. Səfir bildirib ki, Polad Həşimov iki qardaş ölkənin qəhrəmanıdır. Birol Akgün şəhid ailələrini və qaziləri Ramazan ayı münasibətilə təbrik edib.

Görüşdə Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün şəhid anaları, qazilərlərlə xatirə fotosu çəkdirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью