Türkiyəli şəhid övladları YAŞAT düşərgəsində olublar

01.08.2025

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyə Silahlı Qüvvələrinin şəhid olmuş hərbi qulluqçularının övladları "YAŞAT" fondunun Lənkəranda təşkil edilmiş yay düşərgəsində olublar.

Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" süjet təqdim edib.

Bildirilib ki, 18 türkiyəli uşaq və yeniyetmə azərbaycanlı şəhid övladları ilə bir araya gəliblər.

Onlar birlikdə əylənib, müxtəlif yarışmalara qatılıb, bilik və bacarıqlarını bölüşüblər.

Qeyd edək ki, iyulun 12-də açılan yay düşərgəsi avqustun sonlarınadək fəaliyyət göstərəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью